Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
“Report”un məlumatına görə, “Murov Az Terminal” və “Neftçi” komandalarının üz-üzə gəldiyi matçda birincilər 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəyə seviniblər.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda “Azərreyl” MOİK-ə qalib gəlib – 3:0.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.